Rusiyada ağır yol qəzası, ölənlər və yaralananlar var 

10:08 02.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə regionun Daxili İşlər Nazirliyi İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Moskvadan Həştərxan istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir neçə uşaq da daxil olmaqla 16 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza zamanı avtobusda 52 nəfər olub.